DUZDAĞ HOTEL VƏ FİZİOTRAPİYA MƏRKƏZİ

7 gün / 6 gecə
490 dan

Öz hisslərinizi Naxçıvandan gələn heyrətamiz mədəniyyətlə doldurun. Əsrlər boyu məşhur sənətkarları ilhamlandıran bu diyarın gözəlliklərindən zövq alın. Duzdağ 5 oteli Naxçıvan aeroportundan yarım saatlıq məsafədədir. Duzdağ otelində speleoterapiya müalicəsi üçün fizioterapevtik mərkəz (duz yataqları) vardır.

Steleoterapiya – bronx-ağciyər aparatının qeyri-spesifik müalicəsinin effektiv metodudur. Lakin hansı hallarda steleoterapiyanın göstərişə uyğun olduğu, hansı hallarda isə əks-göstəriş olduğu qeyd olunmalıdır.

Müalicənin təyin olunmasına göstərişlər:

  • Astma öncəsi.
  • I mərhələdə yüngül, orta və ağır dərəcəli, infeksion-allergik və atopik formalı bronxial astma.
  • Xroniki obstruktiv bronxit vəremissiya fazasında olan, 1-2-ci mərhələdəki xroniki pnevmoniya.
  • Astma komponentli xroniki bronxit.
  • Allergik rinitlər, xroniki, allergik rinosinusopatiya.
  • Pollinozlar.
  • Bronxial astma – 1-2-ci mərhələdə olan tənəffüs çatışmamazlığı və 1-ci mərhələdə olan ürək çatışmamazlığı.

 

* Qiymət bir nəfər üçün iki nəfərlik otaqda qeyd olunub.
* Təklif yalnız Azərbaycan vətəndaşları üçün keçərlidir.

 

  • Duzdağ mehmanxanasında 6 gecə gecələmə;
  • Hava limanından mehmanxanaya və mehmanxanadan hava limanına transfer;
  • Gündəlik səhər yeməyi;
  • Gündəlik nahar yeməyi;
  • Gündəlik şam yeməyi;
  • Gündə 2 dəfə kofe fasiləsi;
  • Müayinə və müalicə (ehtiyyac olarsa);
  • Mehmanxanadan Duzdağ mağarasına və mağaradan mehmanxanaya transfer;
  • Hovuzdan istifadə;
  • Fitness Zal;
  • Wi-fi