QAFQAZ THERMAL & SPA HOTEL Qəbələdə Qurban Bayramı 2019

2 gün / 1 gecə
59 dan

Füsunkar Yengicə meşəsinin tam ortasında, yaşıllıqlarla əhatə olunmuş Qafqaz Thermal otel Qəbələ də müasir standartlara cavab verən unikal istirahət və rekreasiya mərkəzidir. Bu otelin unikallığı ərazidə yerləşən müalicəvi su mənbəyidir. Tarixi araşdırmalar kimyəvi və tibbi testlər bu mineral suyun yüksək dərəcədə müalicəvi bərpaedici təsirini sübut etmişdir. Qəbələ rayonunun Yengicə kəndində yerləşən mineral su mənbəyi qədim zamanlardan yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunur. Mənbəyi otel ərazisində yerləşən bu mineral sudan Qafqaz Thermal otelinin sağlamlıq mərkəzində termal vannalar şəklində istifadə olunur. Bundan əlavə olaraq Qafqaz Thermal oteldə naftalan nefti ilə müalicə prosedurlarıda mövcuddur. Qafqaz Thermal oteli unikal istirahət imkanları ilə yanaşı Naftalan neftinin və mineral suyun şəfaverici xüsusiyyətlərini və müasir standartlara əsaslanan otelçilik ənənələrini qonaqlarımıza təqdim edir. Otelimizdə spa mərkəz,i idman salonu, qapalı hovuz ,restoran və bar istirahətinizi səmərəli şəkildə tamamlamağa kömək edəcəkdir. Mineral suyun müalicə etdiyi xəstəliklər: sümük ağrıları, revmatik ağrılar, əzələ ağrıları, dəri xəstəlikləri, osteoxondroz və s. Naftalan neftinin müalicəvi xüsusiyyətləri:dəri xəstəlikləri, nevroloji xəstəliklər, dayaq hərəkət sistemi xəstəlikləri, ginekoloji və uroloji xəstəllikləri, burun-boğaz, stomatoloji və ürək damar xəstəlikləri.


 

 

  • Standart King / Twin nömrədə yerləşdirilmə;
  • Səhər yeməyi;
  • Fitness zalı;
  • Spa xidmətləri

*Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün göstərilmişdir