Nabranda River Inn Resort mehmanxanasında istirahət

2 gün / 1 gecə
77 dan

Bakıdan  190 km məsafədə yerləşən və yüksək xidmətləri özündə birləşdirən River-INN Resort & SPA mehmanxanası Nabranın dəniz çimərliyi və meşəsi  əhatəsində yerləşir. Mehmanxana ərazisi dağdan axan təbii çayla bir neçə hissəyə bölünür.

 

Mehmanxana 97 nömrədən ibarətdir: standart və suit otaqlar, 3 və 4 nəfərlik luks koteclər və luks villalardan. Bütün nömrələr "Twin bed" və “King Bed” tipli yataq otağı, geniş salon, minibar, geniş duş sahəsi, peyk yayımlı TV, WIFI, telefon, mərkəzi kondisioner və isitmə sistemi ilə təchiz olunub. Otaqlara 24 saat xidmət göstərilir.

 

Əyləncə mərkəzində vaxtınızın daha da xoş keçməsi üçün sizlərə bouling, billiard, 100 nəfərlik kinozal, restoran və bar xidmətləri təklif olunur. Yay mövsümündə açıq kinoteatr sizin xidmətinizdədir. Burada siz yerli qəlyanaltılar və bar servisindən gün boyu zövq ala bilərsiniz.

 

Özünüzün və uşaqlarınızın rahatlığı üçün otel ərazisində yerləşən baxçasından da istifadə edə bilərsiniz.

  • Bir nəfər üçün bir gecə gecələmə;
  • Səhər yeməyi;
  • Limitsiz internet (wi-fi).

*Bayram və xüsusi günlərdə qiymət dəyişə bilər.

*Qiymətlər bir nəfər üçün nəzərdə tutulub.