ŞUŞA SƏYAHƏTİ!

22.12.2024
2 gün / 1 gecə
209 dan

ŞUŞA SƏYAHƏTİ!

Şuşanın Azərbaycan xalqının qəlbində özünəməxsus yeri və dəyəri var. Bu qədim şəhəri təsadüfən Azərbaycanın mədəniyyət paytaxtı adlandırmırlar – Şuşa musiqi, ədəbiyyat və xalçaçılığın mərkəzi, təbiət gözəllikləri və tarixi-mədəni irsin vəhdət tapdığı unikal məkandır.   

Qarabağ xanlığının paytaxtı olmuş Şuşa Kiçik Qafqaz dağlarının yaratdığı gözəlliklərin qoynunda yerləşir. Təbiətin öz möcüzələrini əsirgəmədiyi bu şəhərin yetişdirdiyi şairlər, rəssamlar, memarlar, musiqiçilər ölkənin tarixi-mədəni irsinə öz töhfələrini vermişdirlər. Bu səbəbdən də Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.

2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir.

Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir.

 

Avtobusla gediş və dönüş;

Kharibulbul otelində 1 gecə qalma;

Ekskursiyalar;

Səhər yəməyi.

Ödənişi onlayn edib, turu ofisə yaxınlaşmadan əldə edə bilərsiniz. (Taksit olmayaraq)
Qiymət 2 nəfərlik otaqda 2 nəfər üçün qeyd olunub.
Qiymət günə görə dəyişilə bilər, sizə öncədən rezerv etməyi tövsiyyə edirik.
Ödəniş günün məzənnəsinə uyğun olaraq manat ilə qəbul olunur.