Uçuş zamanı reklam

Hörmətli partnyorlar!

İstəyirsiniz ki, Sizin reklamınızı hətta buludlardan da yüksəkdə görsünlər? Silk Row Travel öz reklamınızı görünməmiş yüksəkliyə qaldırmaq üçün Sizə unikal imkan təklif edir. Reklam meydançalarının böyük seçimi: “Azerbaijan Airlines” bort jurnalı, təyyarədə monitorlar, Silk Row Travel-in çap məhsulları. Sizin reklamınızı bütün dünyada təyyarə ilə uçan minlərlə insan görəcəkdir.

“Azərbaycan Hava Yolları” dünyanın onlarla ölkə və şəhərlərinə birbaşa uçuşlar həyata keçirir.
Aviaşirkət təyyarə parkını genişləndirməklə və müasirləşdirməklə yanaşı daimi olaraq uçuş istiqamətlərini genişləndirir.

Sərnişin aviadaşımalarına artan gündəlik tələbat və uçuş istiqamətlərinin genişlənməsi  təyyarədə reklamın  effektivliyini , eyni zamanda lazımi auditoriyaya çatdırılma imkanlarını daha da artırır. Təyyarə ilə səyahət edən sərnişinlər əsasən aktiv, alıcılıq qabiliyyəti daha yüksək olan, yeniliklərə meylli və onları rəğbətlə qarşılayan bir seqmentdir.

“Azərbaycan Hava Yolları”nın təyyarələrində reklam yerləşdirilməsi - inkişaf edən , yüksəkliklərə və innovasiyalara can atan şirkətlər üçün unikal bir şansdır.

“Azərbaycan Hava Yolları”nın bir sıra sahələrində, o cümlədən təyyarə daxilində reklamların yerləşdirilməsi istiqamətində etibarlı partnyoru  “Air Group” şirkətidir və şirkətin peşəkar komandası  reklamınızın təyyarə göyərtəsində yerləşdirilməsində kömək etməkdən məmnunluq duyacaqdır.

Reklam yerləşdirmək istəyənlər üçün:

Tel: +994 12 565 1121
E-mail: info@airgroup.az

WEB: www.airgroup.az