Transferlər

Siz artıq aviabileti əldə etmisiniz və oteldə otaq sifariş etmişiniz, indi isə belə bir sual yaranır ki, hava limanından otelə tez və rahat necə çatmaq olar? Turizm agentliyində transferin sifarişi ən düzgün çıxış yoludur. Bu taksidən daha ucuz və daha təhlükəsizdir. Nəqliyyat xidmətləri hər zaman öz avtoparkında yalnız yeni avtomobillər saxlayır və həmçinin siz nəzakətli və diqqətli sürücülər tərəfindən qarşılanacaqsınız.

Silk Row Travel şirkəti məmnuniyyətlə Sizə həm hava limanından, həm də dəmiryol vağzallarından otelə kimi daşıma xidmətlərini təklif edir. Getdiyiniz istənilən şəhərdə Silk Row Travel sizin üçün rahat və etibarlı transfer təşkil edə biləcək. Şirkətimiz sizə istənilən kateqoriyalı nəqliyyat vasitələri – daha qənaətli avtomobillərdən lyuks avtomobillərə, böyük ailə üçün mikroavtobuslardan böyük avtobuslara kimi təklif edir.

Azərbaycana gələn qonaqlar üçün isə Silk Row Travel şirkəti məmnuniyyətlə hava limanından Bakının istənilən otelinə və ölkənin regionlarına transferlər təşkil edir.