Şirkət haqqında

Silk Row Travel - Azərbaycan bazarında aparıcı turizm şirkətidir. 2008-ci ildə fəaliyyətə başlamışdır və hal-hazırda Milli aviadaşıyıcı olan “Azərbaycan Hava Yolları” QSC-nin əsas agentidir. Azərbaycana reyslər yerinə yetirən bütün aviaşirkətlərlə agent müqaviləsi bağlamış “Silk Row Travel” hava daşımaları satışının təşkili sahəsində aparıcı mövqelərə malikdir. Bundan əlavə, “Silk Row Travel” şirkətinin həm Azərbaycanda, həm də başqa ölkələrdə öz nümayəndəlikləri və satış məntəqələri var. "Silk Row Travel" şirkəti Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) akkreditasiyasından keçmiş və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO 9001 : 2015) sertifikatını almış çoxprofilli turizm təşkilatıdır və eyni zamanda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvüdür.

Hər il “Silk Row Travel” 10-15 min turistin xaricə səfərini təşkil edir və, təbii ki, xaricdən bir o qədər qonaq qəbul edir. Bununla da şirkət təyyarə biletləri, otellərin bronlaşdırılması və sifarişi, hava limanında xüsusi qarşılama xidməti, “sürətli keçid”, portye xidməti, ölkədaxili və ölkəxarici hava limanlarında VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi və hava limanına çatdırılma, viza dəstəyi, alpinizm, sağlamlaşdırıcı turizm, ovçuluq və balıqçılıq da daxil olmaqla, müxtəlif istirahət növləri üzrə turpaketlərin formalaşdırılmasını yüksək peşəkarlıqla təmin edir.

Onlayn sistemlərdən istifadə edən “Silk Row Travel” Azərbaycan üzrə turist marşrutları paketini formalaşdıraraq, bu gün tur operator kimi fəaliyyət göstərir. Digər şirkətlərin də turizm məhsullarının dünya bazarına çıxışına şərait yaradır. “Silk Row Travel”ın yaratdığı onlayn bronlaşdırma və turizm xidmətlərinin göstərilməsi üzrə texnologiyalara əsasən, şirkətin müştəriləri İnternet vasitəsi ilə onları ən çox maraqlandıran marşrutu seçə, otel, təyyarə reysi sifariş edə, avtomobil icarəyə götürə bilərlər. Həmçinin qeyd etmək istərdik ki, bu kimi xidmətlərin sayı davamlı şəkildə mütəxəssislərimiz tərəfindən artırılaraq müştərilərin xidmət profilinə əlavə edilməkdədir.

         Hal-hazırda “Silk Row Travel” şirkəti müştərilərinə həm Avstriya, İtaliya, Fransa, Yunanıstan, Türkiyə, İspaniya, BƏƏ, Hindistan, İsveçrəyə klassik turlar, həm də Bali adası, Keniya, Sentoza, Mavriki, Qoa kimi ekzotik yerlərə səfərlər təklif etməyə hazırdır. Macarıstan, Litva, Rusiya, Sloveniya, Ukrayna, Çexiyanın sanatoriya və kurortları “Silk Row Travel” şirkətinin müştəriləri tərəfindən xüsusi rəğbətlə qarşılanır. Azərbaycana səfər edən qonaqlara isə Bakı və Abşeronun tarixi abidələrini, Şabran qalasını, Quba bağlarını, Qəbələnin füsunkar dağ və dərələrini, Şəki saraylarını, Naftalanın müalicəvi neftini, Astaranın və Lənkəranın çay plantasiyalarını, İsmayıllının əsrarəngiz meşələrini, Kür çayının sahilində yerləşən və Azərbaycanın sənaye şəhərlərindən bir olan Mingəçeviri, Naxçıvanın türbələrini və daş duz yatağını göstərməyə hazırıq.

 “Silk Row Travel” öz turistlərinə ən geniş imkanlarla sığorta xidmətini də təklif edir. Xarici ölkəyə səfərə hazırlaşarkən, səyahət zamanı sağlamlıqla bağlı gözlənilməz problemlər yaranmaması üçün əvvəlcədən sığorta mühafizəsi haqqında düşünürük və “İpək Yolu Sığorta” ASG şirkətindən səyahətçilərin sığortası polisi (sığorta vəsiqəsi) ilə təmin edirik.
 

Turizm xidmətləri

Daxili Turizm

Daxili Turizm şöbəsində Sizi peşəkarlıq, hər bir müştəriyə fərdi yanaşma, işin bütün mərhələlərində keyfiyyətə nəzarət, şirkətdaxili turizm proqramı çərçivəsində təlim keçmiş işçilər qarşılayacaqdır.

"Silk Row Travel" daxili turizmin aşağıdakı istiqamətlərini təklif edir:

► Ölkədaxili qonaqlama xidməti;

► Uçuş biletlərinin rezervasiyası və yazılması;

► Azərbaycanın hava limanlarında VIP xidmətlərin təşkili (sürətli keçid, xüsusi zallar, portye xidməti, təyyarənin girişində xüsusi qarşılama/yolasalma, gül buketi);

► Yerüstü nəqliyyat xidmətləri (ekonom və biznes sinif);

► Helikopter və çarter uçuşları;

► İşgüzar (MICE) tədbirlərin, özəl günlərin təşkili;

► İndividual və qrup tur paketləri;

► Müxtəlif dilli tur bələdçiləri (Rus, İngilis, Ərəb, İvrit, Türk və s.);

► Azərbaycan üçün viza dəstəyi;

► Restoranların rezervasiyası;

► Muzeylər üçün giriş biletləri.

 

Xarici Turizm

Xarici Turizm şöbəsi hər il azərbaycanlı turistlər üçün xaricə səyahətlər təşkil edir. Peşəkar bir komanda, dünyanın hər yerinə fərdi və ya qrup turu planlaşdırmağınızda kömək edəcəkdir.

Xarici Turizm şöbəsi Sizə dünya miqyasında aşağıdakı xidmətləri təklif edir:

► Qonaqlama xidməti;

► Uçuş biletlərinin rezervasiyası və yazılması;

► Siğorta xidməti;

► Müxtəlif hava limanlarında VIP xidmətlərin təşkili;

► Yerüstü nəqliyyat xidmətləri (ekonom və biznes sinif);

► Helikopter və çarter uçuşları;

► İndividual və qrup tur paketləri;

► Müxtəlif dilli tur bələdçiləri;

► Viza dəstəyi.

 

Onlayn Turizm

Onlayn Turizm şöbəsi uçuşlar, turlar, otellər, transferlər, ekskursiyalar üçün onlayn rezervasiya sistemlərinin (SAMO-Soft, SWB2B, Book and Travel) işlənib hazırlanmasını və inkişaf etdirilməsini təmin edir.

Siz SWB2B (b2b.silkrow.az) onlayn satış platforması üzərindən HotelBeds, TBO, Go Global, WebBeds, və s. kimi təminatçıların təkliflərini dəyərləndirib, seçim və rezerv imkanı ilə Onlayn Turizm şöbəsi ilə əməkdaşlıq edə bilərsiniz. Sistemin Sizə verdiyi imkanlar aşağıdakı kimidir:
 

► Rahat axtarış və çeşidlənmə;

► Minimumdan maksimuma qiymət təkliflərinin əldə olunması;

► Hər bir təklif üçün ödəniş və ləğvetmə siyasətlərinə nəzər yetirmə;

► Birbaşa sistem üzərindən rezervasiya, dəyişiklik və ləğvetmə imkanı;

► Rezervasiyanın statusunu izləmə imkanı;

► Vauçerlərin çapı;

► Satışların hesabatı.

 

Sistemə giriş imkanı verilən zaman şöbənin əməkdaşları tərəfindən ödənişsiz təlim ilə təmin olunacaqsınız.

Korporativ biletlər

Korporativ biletlər şöbəsi həm Azərbaycan daxilində, həm də ölkəxaricində korporativ şirkətlərlə əməkdaşlıq etməklə yanaşı, qrup bilet rezervasiyalarının da operativ şəkildə qəbulunu, rezervini, yazılmasını təmin edərək xüsusi qiymətlərlə və şərtlərlə öz xidmətlərini Sizə təklif etməkdədir.

 

Vizyonumuz

Dünyanın ən etibarlı və yenilikçi səyahət idarəetmə şirkəti olmaq.

Sektordakı üstün xidmət keyfiyyəti və anlayışı ilə ölkədə bir istinad olma imtiyazını yaşamaq və hər zaman üstünlük verilən nümunəvi bir marka olmaqdır.

 

Misiyamız

13 illik təcrübəmizlə bütün qonaqlarımıza iş etikasından, dürüstlükdən, güvəndən, gülər üzdən, fədakarlıqdan və keyfiyyətdən güzəşt verməyən bir şirkət olmaq. Bu səydə ən böyük qazancımız dəyərli qonaqlarımızın məmnuniyyəti və təşəkkürüdür.

 

Dəyərlərimiz

► Dürüstlük

Dürüst, ədalətli, rəqabətli bazar qiymətləri ilə və dürüst işçilərlə işləyir, ətraf mühitimizə (müştərilər, təchizatçılar və əməkdaşlıq etdiyimiz digər tərəflər) qarşı dürüst davranış nümayiş etdirməyə çalışırıq.

► Şəffaflıq

Məhsullarımızda, xidmətlərimizdə və proseslərimizdə aydın və şəffaf olmağa çalışırıq.

► Keyfiyyət

Müştərilər hər zaman ilk sırada gəlir! Müştərilərə xidməti ən dəyərli formada təqdim üçün ISO 9001 – 2015 keyfiyyət standartları çərçivəsində çalışırıq. Komandamıza ən yaxşı mütəxəssisləri daxil edir, onların daim təlimlərdə iştirakını təmin edir, xidmətlərimizi, məhsullarımızı ən yaxşı şəkildə tərtib və dizayn edirik.

► Şəxsiyyət

Silk Row Travel olaraq biz hər kəsin fərqli istəkləri olduğunu qəbul edir hər kəsə özəl tövsiyələr, təkliflər verməyi sevirik. Bu, turunuzun ən yaxşı dəyəri əldə etməyinə köməkçi olmağımızı təmin edən şəxsi bir bağ yaratmağı hədəfləyən öhdəlik deməkdir. Bu həm də xoş bir təbəssümlə, səmimi bir xidmət deməkdir.

► Davamlı turizm

İşi davamlı şəkildə aparır, insanların maraqlarını nəzərə alır, mədəni irsi, ətraf mühitimizi qoruyuruq və iqtisadi cəhətdən uzunmüddətli nəticələrə və ədalətli iqtisadi ənənələrə diqqət yetiririk.

► Peşəkarlıq

İşimizə çox ciddi yanaşırıq. Bu davranışımızın düzgün, obyektiv, balanslı, səmərəli və etibarlı olması deməkdir. Biz işi aparmaq tərzimizlə fərqlənirik!

Nailiyyətlər

► 100-dən çox korporativ müştəri;

► 500 mindən çox otellə sərfəli müqavilələr, 600-dən çox tərəfdaş agentliklərlə əməkdaşlıq;

► Azərbaycanda ilk olaraq agentliklər və fərdlər üçün fərdi səyahət xidmətlərinin bronlaşdırılması üçün milli bir sistem inkişaf etdirib istifadəyə verdi: SWB2B; "Book and Travel";

► 7/24 rejimində turistlərin telefon sorğularına operativ informasiya dəstəyi üçün Azərbaycanın yeganə çağrı mərkəzi;

► "İlin tərəfdaşı", "İlin Operatoru", "Ən çox turistə xidmət göstərən" və s. nominasiyalar.

 

Üstünlüklər

► Silk Row Travel, şirkətin fəaliyyətinin müxtəlif sahələrinə yaradıcı və yenilikçi bir yanaşma təmin edən yüksək ixtisaslı, müstəqil, peşəkar mütəxəssislərdən ibarət bir komandaya malikdir;

► AZAL milli aviaşirkətinin müstəsna agenti və ən böyük aviaşirkətlərin - Air France-KLM, Emirates, British Airways, Lufthansa, Türk Hava Yolları, Aeroflot Russian Airlines, Air Astana, BMI, S7 Airlines, Austrian Airlines, Qatar Airways, Air Baltic, China Southern Airlines, Heli Air Monaco, Pegasus Airlines, Atlas jet, Ukraine International Airlines aviaşirkətlərinin bilet satışı üzrə səlahiyyətli agentdir;

► Beynəlxalq rezervasiya sistemlərindən GDS və öz portalından istifadə edir;

► Dünyanın hər yerində ən rəqabətli qiymətlərlə səyahət təşkil etmək üçün kifayət qədər imkanlara malikdir;

► Ölkədəki bütün böyük otellərlə tərəfdaşlıq müqavilələri: Hilton, Four Seasons, JW Marriott, Fairmont, Absheron Hotel Group mehmanxanalarında turistlərə ən yaxşı qiymətlərin verilməsi;

► Hava limanında öz məlumat masasının olması;

► Təyyarənin girişində VIP qarşılama / yolasalma.

 

İnsanların səyahət etmək arzusu, dünyanı kəşf etmək həvəsi tükənmədikcə başqa mədəniyyətlərlə tanışlıq, bir-birinə açıqlıq və canlı ünsiyyət, güclü təəssüratlar, unudulmaz rəng, dad, ətir duyğuları və emosiyalar seli – müştərilərin istənilən arzusunu nəzərə alan “Silk Row Travel” şirkəti bütün bunları təqdim etməyə hazırdır.

 

Əlaqə

Hüquqi adı: "Silk Rovv Travel" MMC

VÖEN: 1701973391

Ünvan: Bakı, Nizami küç., 126A, AZ 1010 

Telefon:
Aviabiletlər üçün:
+994 (12) 598-88-80

Turlar və vizalarla bağlı:
+994 (12) 493 86 53
+994 (55) 255 28 83

Faks: +994 (12) 437-40-87

E-mail: info@silkrow.az
Turlar üzrə: tourism@silkrow.az

Veb: www.silkrow.az