Viza almaq üçün qaydalar və prosedurlar
Silk Row Travel tərəfindən göstərilən turizm xidmətlərindən (otel, aviabilet, transfer və s.) yararlandığınız təqdirdə, Sizə viza dəstəyi göstərməyə şad olarıq. Biz aşağıda adı çəkilən ölkələrin səfirliklərinə lazım olan sənədləri toplamaqda, anketi doldurmaqda kömək edə və digər viza dəstəyi verə bilərik. Silk Row Travel həmçinin Azərbaycan Respublikası ərazisinə daxil olmaq istəyən xarici vətəndaşlar üçün viza dəstəyi xidmətini göstərir.
Viza almaq üçün lazım olan sənədlər haqqında məlumat alacağınız ölkənin adına klikləyin.
Viza üçün sənədlərin siyahısı | Vizanın qiyməti | Baxılması müddəti (iş gün) | |
uşaqlar üçün (0-11) | böyüklər üçün | ||
Azərbaycan Respublikası | 40 USD | 3-5 iş günü | |
Çex Respublikası | 90 AZN | 170 AZN | 7 gün |
İtaliya | 90 AZN | 170 AZN | 7 gün |
Fransa | 90 AZN | 170 AZN | 7 gün |
Latviya | 90 AZN | 170 AZN | 7 gün |
Litva | 90 AZN | 170 AZN | 7 gün |
BƏƏ | 145 AZN | 5 gün | |
Sinqapur | 180 AZN | 5 gün | |
İndoneziya Respublikası | 0 AZN (30 günə qədər) | 10 gün | |
Xorvatiya | 250 AZN | 14 günə qədər | |
Argentina | 100 AZN | ||
Yaponiya | 100 AZN | 7 gün | |
*Səfirlik lazım olduğu təqdirdə turisti müsahibəyə dəvət etmək hüququnu özündə saxlayır. Silk Row Travel şirkəti turistlərə viza verilməsinə zəmanət vermir. Viza vermək konsulluq xidmətlərinin müstəsna hüququdur və vizanı vermək və ya rədd etmək qərarı yalnız konsulluq tərəfindən verilir.