Yaponiya

Viza almaq üçün lazım olan sənədlər

1. Xarici pasport:
- pasportda sahibinin imzası olmalıdır;
- pasportun etibarlılıq müddəti keçmiş olmamalı;
- pasport dönüş tarixindən sonra ən azı 3 ay etibarlı olmalı;
- pasportda ən azı iki təmiz vərəq olmalı;
- pasportda şübhəli qeydlər və ya ştamplar varsa, onların səbəbini izah edən tam məlumat verilməlidir;

2. Viza olan səhifələr daxil edilməklə, pasportun surəti.

3. Aviabiletin bronu

4. Dəvət məktubu
Məktub səfirə və ya konsula müraciət edilməlidir

5. İş yerindən arayış müəssisənin firma blankında ünvanı, telefon nömrəsi və adı ilə; arayışda göstərilməlidir:
- vəzifə;
- bu şirkət və ya təşkilatda çalışmağa başladığınız tarix;
- ə/h göstərilməklə
Təqaüdçülər, işsizlər, tələbələr və məktəblilər təqdim etməlidirlər:
- onların səyahətini maliyyələşdirən şəxsin iş yerindən arayışını;
- təqaüdçü və ya tələbə vəsiqəsini (məktəblilər - məktəbdən arayışı).

6. Maliyyə vəsaitin mövcudluğunu təsdiq edən sənəd.
- Bankdan hesabı barədə arayış
- Bank hesabından çıxarış

7. 2 ədəd eyni rəngli fotoşəkil; son 6 ay ərzində çəkilmiş olmalı və aşağıdakı tələblərə cavab verməlidir:
- hər fotoşəklin ölçüsü 4,5 x 4,5 cm
- yalnız ağ fonda
- aydın və açıq təsvir.

8. Ər-arvad nikah haqqında şəhadətnaməni təqdim etməlidir.
Səfirliklərin tələblərinə uyğun olan qabaqcadan rəsmiləşdirilmiş sığorta tələb olunduqda, sığorta polisinin əsli təqdim edilməlidir.

9. Əgər uşaq (18 yaşına çatmamış) valideynlərinin biri ilə və ya üçüncü şəxsin müşayiəti ilə səyahətə çıxırsa, valideyn(lər)in uşağın bu müşayiət edən şəxslə çıxmasına yazılı razılığının surətini təqdim etmək lazım olacaq.
Sənəddə göstərilməlidir:
- səfərin planlaşdırıldığı ölkə;
- etibarnamənin etibarlılıq müddəti (üç aydan artıq olmamalı).

10. Səyahət edəcək həddi büluğa çatmamış (18 yaşına çatmamış) bütün uşaqlar üçün doğum haqqında şəhadətnaməsinin adi surəti.

Sənədlərə 7 iş günü ərzində baxılır
Diqqət! Səfirlik əlavə sənədlər tələb edə bilər.
Dəvət məktubu (100 AZN)