Sığorta
Bu gün artıq heç bir turist agentliyi yoxdur ki, tam sənəd komplektinə sığorta polisini daxil etməsin. Lakin həmişə məlum deyil ki, məsələn, bir çox hallarda operativlik və müştəri üçün cəlbedici ucuzluq üçün qısaldılmış sığorta proqramları satılır. Bu, o deməkdir ki, onlara minimal xidmətlər daxil edilmişdir, bunlar xəstəlik və ya travma zamanı tələb oluna bilər. Onlara müalicə xərcləri, tibbi çatdırılma üzrə xidmətlər, ölüm halında çatdırılma daxildir. Bir proqramın başqasından fərqlənməsi, adətən, stomatoloji yardımın daxil edilməsi ilə ola bilər.
Əslində sığortanın imkanları daha genişdir. Standart minimal dəstdən başqa polisə fövqəladə hallarda qohumların gəlişinin təşkili və ölkəyə vaxtından əvvəl qayıdışın təşkili daxil edilə bilər. Əgər uşaqlar gedirsə - uşaqların vaxtından əvvəl qayıtmasının təşkili daxil edilə bilər. Əgər yük itərsə və ya sənədlər oğurlanarsa – sənədlərin və yükün itirilməsi zamanı köməklik göstərilə bilər.
Tur üçün artıq sizdə olan sənədləri təqdim edərək, polisi ayrıca sığorta şirkətində də əldə etmək olar. Doğrudur, ofisə getmək üçün vaxt ayırmaq lazım gələcəkdir. İşin əslində, bütün ehtimal olunan vəziyyətlər artıq nəzərə alınmışdır, başlıcası – təqdim olunan imkanları öz marağınıza uyğun olaraq istifadə etməyi öyrənməkdir.
Əgər sığorta polisinin tərtibində istirahət zamanı dayvinqlə, dağ xizəkləri ilə, idmanın ekstremal növləri ilə məşğul olacağınız barədə xəbərdarlıq etmirsinizsə və əlavə ödəniş etmirsinizsə, aldığınız travmalar sığorta halları təyinatına düşməyəcəkdir. Özünüzü böyük riskə məruz qoyarkən, sığorta ödənişinin artırılması zərurətini nəzərə almaq lazımdır, əks halda ödəmə həyata keçirilməyə bilər.
Silk Row Travel öz turistlərinə ən geniş imkanlarla sığorta təklif edir.
-
Təcili tibbi xərclər,təcili stomatoloji yardım,təcili tibbi evakuasiya.
-
Bədbəxt hadisə.
-
Fərdi məsuliyyətin xərcləri.
-
Repatriasiya və daşınma xərcləri.
-
Pasportun itirilməsi xərcləri.
-
Təcili məlumatların çatdırılması.
-
Əlaqələndirmə xidmətləri.
-
Xəstəxanada qalma müavinəti, xəstəxanada keçirilən hər 24 saatın xərcləri.