Biznes aviasiya xidmətləri

“ASG Business Aviation” şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunda  yerləşir. Əsası 2007-ci ildə qoyulan və sürətlə inkişaf edən “ASG Business Aviation” şirkəti EBAA-nın (“European Business Aviation Association”) üzvüdür və öz təyyarələrinin bütün beynəlxalq standartlara uyğunluğuna zəmanət verir.

Hava gəmiləri parkına “Gulfstream Aerospace Corporation”, “The Boeing Company”, Fransa-İtaliya konsorsiumu olan “ATR” şirkəti kimi dünya şöhrətli aviasiya texnikası istehsalçılarının ən yeni təyyarələri daxildir. Təyyarə salonları Avropanın ən yaxşı dizaynerlərinin eskizləri əsasında işlənib.
Şirkətin fəaliyyət sahəsi işgüzar aviasiya və yerüstü xidməti əhatə edir.

İşgüzar aviasiya:

  • VIP-sərnişinlərə təyyarələrin təqdim olunması;
  • həm korporativ, həm də fərdi istifadə məqsədi ilə təyyarələrin çarter reysləri üçün icarəyə verilməsi.

Etibarlılıq və yüksək keyfiyyətli xidmət şirkət inkişafının təməlini təşkil edir. Hazırda aviaşirkətdə “Gulfstream 200”, “Gulfstream 450”, “Gulfstream 550”, “Boeing 727” və “ATR-42-500” hava gəmilərinin kommersiya istismarı həyata keçirilir. Təyyarə parkımızın müxtəlifliyinə əsaslanaraq, müştərinin arzusu ilə marşrutdan və sərnişinlərin sayından asılı olaraq ən münasib variantı təklif olunur.

Yerüstü xidmət:

“ASG Business Aviation” Azərbaycan Respublikasında çarter uçuşları və işgüzar aviasiya reysləri üzrə eksklüziv agentdir (FBO). Şirkət ən yeni texnika və yüksək ixtisaslı mütəxəssislərdən istifadə etməklə yerüstü xidmət göstərir.
Bu yaxınlarda Bakıda reaktiv mühərrikli biznes-təyyarələrin sərnişinləri üçün möhtəşəm işgüzar aviasiya terminalı açılmışdır.
Şirkətimiz Gəncə, Naxçıvan, Lənkəran və Zaqatala şəhərlərinin hava limanlarında da təmsil olunur.