Ekoturizm

Azərbaycanda təcrübədən keçirilən turizmin müxtəlif növləri arasında son illərdə ekoturizm böyük populyarlıq qazanmışdır. Bunun sadə bir izahı vardır. Artan urbanizasiya faktiki olaraq, insanları təbiətin qoynuna atır, belə ki müasir insanda təbiətlə ünsiyyətin çatışmamazlığı artıq stres faktoruna çevrilmişdir. Və ekoturizmin inkişafı üçün zəruri hər şeyə - unikal və rəngarəng təbiətə, zəngin mətbəxə və inkişaf etmiş xalq sənətkarlığına malik olan Azərbaycan üçün bu ümumdünya tendensiyasından kənarda qalmaq günah sayılar.

Ekoturizm - öz ölkənin tarixi, öz diyarın haqqında yeni bir şey öyrənmək, saysız-hesabsız yeni təəssüratlar almaq, həmçinin, təbiətə qarşı qoruyucu münasibəti tərbiyə etmək və gözəl Azərbaycanın ekoloji təmiz yerlərində istirahət etmək imkanıdır. Turun keyfiyyətli təşkili və müştərinin tələb və arzularını qane etmək üçün, keyfiyyətli istirahəti və dəyərli vaxtı maraqlı keçirmək üçün "Silk Row Travel" şirkəti bütün zəruri imkanlara malikdir.

Turların siyahısı: