Çin 9 günlük qrup səyahəti!
🏯✨ "Gözəl Çin" – 9 günlük unudulmaz səyahət! 🇨🇳
Tarixin, mədəniyyətin və ekzotik ləzzətlərin sehrinə düşməyə hazırsınızmı?
TamKartla hissə-hissə ödəniş edə bilərsiniz!
Tarix: 12.08.2025 - 20.08.2025
Gözəl Çin – 7 Gecə / 9 Gün
1-ci gün (12 Avqust) Bakı – Pekin (J2067 12:50 – 00:15) Pekinə çatdıqdan sonra bələdçiniz sizi qarşılayacaq və otelə aparacaq. Günün qalan hissəsi sərbəstdir – bu möhtəşəm şəhərdən zövq almaq üçün vaxtınız olacaq.
2-ci gün (13 Avqust) Pekin (S/Q/N) Bu gün Pekində gəzintiyə dünyanın ən böyük şəhər meydanı olan Tiananmen Meydanına səfərlə başlayırsınız. Daha sonra yolun o biri tərəfində yerləşən, 500 il ərzində imperatorların iqamətgahı olmuş və Çinin ən tanınmış tarixi simvollarından biri sayılan Qadağan olunmuş Şəhər (Forbidden City) ilə tanış olacaqsınız. Turdan sonra səfərimiz İmperatorların yay iqamətgahı olan və möhtəşəm bağları ilə məşhur Yay Sarayına (Summer Palace) davam edəcək.
3-cü gün (14 Avqust) Pekin (S/Q/N) Bu gün ilk dayanacağımız dünyanın ən möhtəşəm müdafiə tikililərindən biri olan, turistlərin az ziyarət etdiyi hissəsi ilə seçilən Mutianyu Böyük Çin Səddi olacaq. Gediş-dönüş kabel yolu ilə səddə çıxacaq, sonra isə bir müddət özünüz səddin üzərində gəzişə bilərsiniz. Şəhərə qayıdarkən Olimpiya Stadionu – “Quş Yuvası” və “Su Kubu” ilə tanışlıq üçün dayanacaqsınız. Daha sonra Pekinin ən qədim məhəllələrini əhatə edən Huton turuna velorikşa ilə çıxacaqsınız. Turdan sonra otelə qayıdış.
4-cü gün (15 Avqust) Pekin – Tsingdao (S/Q/N) Bu gün turumuz Tanrı Məbədi (Temple of Heaven) ilə başlayır. Burada Min və Sin sülalələrinin imperatorları ölkənin rifahı və bol məhsul üçün dualar edərdilər. Daha sonra sizi sürətli qatarla Tsingdao şəhərinə aparacaqlar (təxminən 4 saatlıq səfərdir). Səfər boyunca Çin kəndlərinin fərqli mənzərələrindən zövq ala bilərsiniz. Tsingdao Şimal Dəmiryolu Stansiyasına çatdıqda, bələdçiniz sizi qarşılayacaq və otelə aparacaq. Tsingdao – sahil şəhəri olaraq gözəllikləri ilə sizi valeh edəcək.
5-ci gün (16 Avqust) Tsingdao (S/Q/N) Bu gün Tsingdao şəhəri ilə tanış olacaqsınız. İlk dayanacağımız şəhərin simvollarından biri olan Zhanqiao Körpüsüdür. 1891-ci ildə hərbi dəniz körpüsü kimi tikilmiş bu yer hazırda şəhərin əsas görməli yerlərindəndir. Daha sonra qədim skripkanı xatırladan forması ilə məşhur Kiçik Tsingdao Adası (Little Qingdao Isle) ilə tanışlıq olacaq. Daha sonra Badaguan Mənzərəli Bölgəsinə səfər – burada müxtəlif üslubda tikilmiş qədim villalar Tsingdaonun memarlıq zənginliyini əks etdirir. Sonda isə məşhur Tsingtao Pivə Muzeyinə baş çəkiləcək – burada pivənin hazırlanma prosesini izləyəcək və təzə pivədən dadacaqsınız.
6-cı gün (17 Avqust) Tsingdao – Şanxay (S/Q/N) Bu gün “Dənizdəki bir nömrəli dağ” kimi tanınan Laoshan dağına ekskursiya ediləcək. Sarı Dəniz sahilində yerləşən bu dağın zirvəsi dəniz səviyyəsindən 1133 m yüksəkdir. Burada möhtəşəm zirvələr, qayalar və şəlalələr sizi gözləyir. Daha sonra sürətli qatarla Şanxaya hərəkət ediləcək. Şəhərə çatdıqda bələdçiniz sizi qarşılayacaq və otelə aparacaq.
7-ci gün (18 Avqust) Şanxay (S/Q/N) Bu gün Şanxayda 400 ildən çox tarixi olan və qədim Çin bağçalarının ən gözəl nümunələrindən sayılan Yuyuan bağı ilə tanışlıqla başlayır. Daha sonra yaxınlıqda yerləşən Yuyuan Bazarı – ənənəvi Çin sənətkarlıq məhsullarını görə biləcəyiniz bir məkandır. Ardınca 1599 metr uzunluğundakı Nankin Yolunda gəzişəcəksiniz. Bu küçə Şanxay dəbinin və lüks həyat tərzinin rəmzidir. Nankin Yolu sizi Avropa üslubunda binaların sıralandığı məşhur Bund sahilinə aparacaq. Axşam isə Çin akrobatika şousunu izləyəcəksiniz.
8-ci gün (19 Avqust) Şanxay – Pekin (G18 14:00–18:35) (S/Q/N) Səhər Şanxay Muzeyinə səfərlə başlayır – burada 140,000-dən çox eksponat sərgilənir. Daha sonra yaxınlıqdakı Chenghuang Miao bazarı və müasir XinTianDi ərazisində gəzişəcəksiniz. Nəhayət, sürətli qatarla Pekinə qayıdacaqsınız. Gecə hava limanına transfer.
9-cu gün (20 Avqust) Pekin – Bakı (J2028 02:15 – 06:45) Gecə reysi ilə Bakıya yola düşəcəksiniz. Tur burada başa çatır.
Giriş biletləri: proqramda göstərilən görməli yerlər və fəaliyyətlər üçün
Yeməklər: marşrutda qeyd edildiyi kimi; B=səhər yeməyi, L=nahar, D=Axşam yeməyi
Bələdçilər: Rusdilli bələdçi
Otellər: 4 ulduzlu otellərdə 7 gecə ərzində iki nəfərlik/twin otaqlarda yerləşmə
Nəqliyyat: daxili qatarlarda 2-ci sinif oturacaq biletləri və qeyd olunan quru nəqliyyatı
Səyahət agentliyi məsuliyyət sığortası tur zamanı
Dövlət vergiləri və rüsumları
Otellər:
Pekin (3 gecə): Beijing Tianlun Songhe Hotel və ya oxşarı
Tsingdao (2 gecə): Huanghai Hotel Qingdao və ya oxşarı
Şanxay (2 gecə): Habour Plaza Metropolitan Shanghai və ya oxşar
Ödənişi onlayn edib, turu ofisə yaxınlaşmadan əldə edə bilərsiniz. (Taksit olmayaraq)
Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün qeyd olunub.
Qiymət günə görə dəyişilə bilər, sizə öncədən rezerv etməyi tövsiyyə edirik.
Ödəniş günün məzənnəsinə uyğun olaraq manat ilə qəbul olunur.