Qolf tur - Dreamland Golf Hotel Baku 5*

4 gün / 3 gecə
177 dan

Dreamland Qolf Klubu qolf memarlığı üzrə aparıcı şirkət olan “Dye Designs”-ın memarı Cynthia Dye tərəfindən Bakıda tikilmiş ilk və tək qolf meydançasıdır. Bu 18 dәlikli sәnәt әsәri Qafqazda Aralıq dәnizinin abu-havası ilә bütün səviyyədə qolfçular üçün premium qolf təcrübəsini tәmin edir.

Avropa vә Asiyanın bütün dünyada tanınmış bir sıra meydançalarını dizayn edәn Dye-ın dizayn fәlsәfәsi hәr zaman qolf meydançasının quruluş vә strategiyasını sağlam dizayn prinsiplәri әsasında inkişaf etdirmәk olmuşdur. Qolfu Azәrbaycanda milli sәviyyәdә tanınan idman növünә çevirmәk üçün Dreamland-da oyunun bütün incәliklәrini vә oyun ehtiyaclarını özündә cәmlәşdirәn qolf meydançası yaradılmışdır.

Silk Row Travel bütün qolf həvəskarları və peşəkar oyunçulara sevimli idman növünü və şəhər ekskursiyasını birləşdirən, eyni zamanda Azərbaycanın səfalı bölgələrinə səyahətin də daxil olduğu maraqlı tur təklif edir.

Qolf Tur

Başlanğıc: Dreamland Golf Hotel Baku;

Səhər yeməyi: 08:00-12:00;

Turun baş tutma müddəti: 3 gün(hər Çərşənbə axşamı – şənbə günləri 12:00-17:00);

Qiymətlər aprelin 1-30-na qədər etibarlıdır.

 

Dreamland Golf Hotel Baku DBL – BB (Per Pax)  - 177 USD

Dreamland Golf Hotel Baku DBL – HB (Per Pax)  - 245 USD

Dreamland Golf Hotel Baku 5* otelində yerləşmə

Oteldə qidalanma

Oteldə 3 gecə qonaqlama;

BB kateqoriyasına yalnız səhər yeməyi daxildir;

HB kateqoriyasına səhər yeməyi və şam yeməyi daxildir;

Transfer: Hava Limanı-Otel-Hava limanı;

 “Qolfun tətbiqi” 2 oyun;

Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün qeyd olunub.