Əfsanələr şəhəri Naxçıvan

2 gün / 1 gecə
67 dan

1 gün
10:00 Bakıdan Naxçıvana uçuş
11:00 Hava Limanında qarşılanma. Şəhərin mərkəzindəki oteldə yerləşmə.
13:00 – 14:00 Nahar yeməyi 
14:00 Şəhər daxilində, tarixi abidələrə ekskursiya. “Xan sarayı” (ХVIII əsrə aid tarixi-memarlıq abidəsi, Naxçıvan xanlarının yaşayış evi olmuşdur), Qala kompleksi, Nuh Peyğəmbər türbəsi (Türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir. Sərdabəyə pilləkənlə enirlər. Sərdabənın ortasında daş dirək yerləşir. Rəvayətə görə, bu dirəyin altında Nuhun cənazəsi yerləşir. Hazırda türbə bərpa olunmuşdur), “Möminə Xatun” türbəsi (Eldənizlər sülaləsindən Azərbaycan Atabəyi Cahan Pəhləvanın anasının xatirəsinə bu adla tikilmişdir, mürəkkəb həndəsi ornament və Quran yazıları ilə ustalıqla bəzənmişdir), Əhməd Cavad məqbərəsi.
19:00 Otelə dönüş

2 gün
08:00 – 11:00 Səhər yeməyi
11:00 Oteldən çıxış 
11:40 Əshabi-Kəhfə ekskursiya. Müsəlman mifologiyasında təqiblər zamanı bir Allaha inancını qorumaq üçün mağarada gizlənən gənclərə Əshabi-Kəhf deyilir. Onlara dair epizodlar Quranın «Kəhf» (Mağara) adlı 18-ci surəsində verilmişdir. Qurana görə, gənclər Allaha onlara rəhm etməsi və haqq yola yönəltməsi üçün yalvarmışlar. Allah onların duasını eşidib, 309 il müddətinə yatırtmışdır. Bu illər onlara «bir gün və ya günün bir hissəsi» kimi gəlmişdir. Eyni mifologiya xristianlıqda da mövcuddur – «Yeddi yatanlar». Ordubad şəhərində ekskursiya.
Hava limanına transfer.
17:00 Transfer Hava limanına

  • Transfer; 
  • Bələdçi xidməti.
  • Aviabiletlər;
  • Muzeylərə bilət girişi;
  • Nahar yeməyi;
  • Şam yeməyi.

*Qiymətlər 10 nəfərə qədər qrupda bir nəfər üçün hesablanıb;

*Otel qiymətləri sifariş əsasında və otaqların mövcudluğuna uyğun olaraq hesablanır.