İSPANİYA KLASSİK TURU - 550 avro — ½ iki nəfərlik otaqda, səhər yeməyi daxil (3★ oteldə yerləşmə əsasında)
Barselona – Sarqosa – Madrid – (Toledo) – Kordova – (Sevilya) – Qranada – Valensiya – Barselona
8 gün / 7 gecə (şənbə – şənbə)
2026-cı il üzrə şənbə günləri çıxış tarixləri:
18.04, 16.05, 06.06, 27.06, 18.07, 08.08, 22.08, 12.09, 26.09, 17.10.2026
|
ŞƏNBƏ
|
Barselonaya gəliş. Aeroportda sizi Europe Voyage lövhəsi ilə şirkət nümayəndəsi qarşılayacaq.
Şəhər üzrə panoram turu (13:00-a qədər enən və reysi gecikməyən turistlər üçün həyata keçirilir).
Ekskursiya zamanı siz Barselonanın incisi — Sagrada Família məbədini, Qaudinin şah əsərini görəcəksiniz.
Passeig de Gràcia prospekti boyunca hərəkət edərək məşhur Casa Batlló və Casa Milà binalarını seyr edəcəksiniz, həmçinin köhnə və yeni şəhərin qovuşduğu Kataloniya meydanına çatacaqsınız.
La Rambla küçəsində gəzinti və daha sonra Qotik məhəllənin dar küçələrində gəzərək Barselona Katedralini, Sant Jaume meydanını, Şəhər Bələdiyyəsini və Kral sarayını (xaricdən) görəcəksiniz.
Fakultativ ekskursiya: “Axşam Barselona.”
Bu ekskursiyada siz işıqlar içində möhtəşəm Barselonanı kəşf edəcəksiniz: İspaniya meydanı, Musiqili fəvvarələr, Montjuic dağı, Kolumb heykəli və dənizkənarı sahil xətti. Bu tur sizə Barselonanı ən sehrli və romantik halında görmək imkanı verəcək.
Barselona ətrafında oteldə yerləşmə. Sərbəst vaxt. Gecələmə oteldə.
|
|
BAZAR
|
Barselona – Sarqosa – Madrid
Səhər yeməyi. Madridə yola düşürük.
Yolda Montserrat monastırına fakultativ ekskursiya.
Kataloniyanın ən müqəddəs yerlərindən biri olan Montserrat dağlarında yerləşən IX əsr benedikt monastırı sizi heyran edəcək. Burada siz Kataloniyanın simvolu – Qara Madonna (La Moreneta) heykəlini görəcək, dağ mənzərələrindən, funikulyorla qalxışdan və unudulmaz panoramalardan zövq alacaqsınız.
Yolda Sarqosada qısa dayanacaq və tarixi mərkəzdə gəzinti.
Axşam Madridə çatma. Gecələmə oteldə.
|
|
BAZAR ERTƏSI
|
Madrid
Səhər yeməyi.
Madrid üzrə panoram ekskursiya: Kolumb və İspaniya meydanları, Rekoletas və Kastelyano bulvarları, Prado prospekti, Las Ventas arenasi, Debod məbədi, San-Fransisko-el-Grande kilsəsi, Atoça vağzalı.
Sərbəst vaxt və ya Prado muzeyinə fakultativ ekskursiya.
Burada siz Velaskes, Qoya, El Qreko, Rubens, Titian, Bosx kimi dahilerin əsərlərini görəcəksiniz.
Axşam Flamenko şousu (fakultativ): ehtiras, ritm və duyğular dolu unudulmaz axşam.
Canlı gitara musiqisi, vokal və rəqs izləyərkən ənənəvi tapas və içkilərin dadına baxacaqsınız.
Gecələmə oteldə.
|
|
ÇƏRŞƏNBƏ AXŞAMI
|
(Toledo) – Kordova
Səhər yeməyi.
Andalusiyaya gedərkən Toledo şəhərinə fakultativ ekskursiya.
UNESCO irsinə daxil edilmiş bu şəhər Tajo çayının sahilində qayalıq üzərində yerləşir və “açıq səma altında muzey” adlanır.
Xristian, müsəlman və yəhudi mədəniyyətlərinin əsrlərlə yanaşı yaşadığı bu şəhərdə siz Katedral (xaricdən), dar küçələr, sinaqoqlar və qədim kilsələrlə tanış olacaqsınız.
Daha sonra Kastiliya-La-Mança bölgəsindən keçərək Don Kixotun vətəni ilə tanışlıq.
Kordovaya gəliş — bir vaxtlar Qərbi Avropanın ən güclü Ərəb xilafətinin paytaxtı olmuş şəhər.
Fakultativ ekskursiya: Almodovar qapıları, Məscid-Katedral (Mezkita), Yəhudi məhəlləsi, Korredora meydanı, tipik andalusiya küçələri, məşhur çiçəkli həyətlər və keramika mədəniyyəti.
Gecələmə Kordova ətrafında oteldə.
|
|
ÇƏRŞƏNBƏ
|
(Sevilya)
Səhər yeməyi.
Sərbəst vaxt və ya Sevilyaya fakultativ ekskursiya.
Bu şəhər — flamenko, günəş və korida ilə dolu Andalusiyanın ürəyidir.
Santa Kruz məhəlləsində gəzinti, korida arenasını (xaricdən) görmək, Qvadalquivir çayı boyunca səfər.
Fakultativ ekskursiya: Sevilya Katedralinə ziyarət — dünyanın ən böyük qotik kilsələrindən biri.
Burada Kristofor Kolumbun məzarını görəcək və Hiralda qülləsinə qalxaraq şəhərə panoram mənzərə izləyəcəksiniz.
Əlavə ekskursiya: 1929-cu ilin İbero-Amerika sərgisi kompleksi — İspaniya meydanı, Amerika meydanı, Mariya Luisə parkı.
Gecələmə Kordova ətrafında oteldə.
|
|
CÜMƏ AXŞAMI
|
Qranada (Alhambra)
Səhər yeməyi.
Qranadaya fakultativ ekskursiya.
Şəhərin möhtəşəm Alhambra qalası və saraylarını görəcək, Ədalət Qapısı, Karl V sarayı, ərəb hamamları, Albayzin məhəlləsi və Paseo de los Tristes küçəsində gəzəcəksiniz.
Sonra xristian Qranadasını kəşf edin: Katedral, Kral məbədi, İpək bazarı və Nasridlər universiteti.
Ekskursiya Bib-Rambla meydanında tamamlanır.
Gecələmə Mursiya yaxınlığında oteldə.
|
|
CÜMƏ
|
Valensiya – Barselona
Səhər yeməyi.
Valensiyaya yola düşürük.
Bura — qədim tarixlə müasirliyin qovuşduğu şəhərdir.
Ekskursiya zamanı:
İncəsənət və Elmlər Şəhəri, İpək birjası (La Lonja de la Seda), Mərkəzi bazar, Valensiya Katedrali (Müqəddəs Qrail burada saxlanılır).
Valensiya — paellanın vətəni və Aralıq dənizinin canlı ruhudur.
Sonra Barselonaya hərəkət. Gecələmə Barselona ətrafında oteldə.
|
|
ŞƏNBƏ
|
Səhər yeməyi.
Transfer aeroporta.
|
3★ otellərdə səhər yeməyi daxil olmaqla yerləşmə (otellərlə eyni səviyyədə xidmət göstərən və ya oxşar kateqoriyaya malik yerləşmə obyektlərində qalmaq mümkündür).
Bütün reyslər üçün qrup şəklində hava limanı–otel–hava limanı transferi.
Rahat avtobusla nəqliyyat xidməti.
Tur boyunca rusdilli bələdçi–rəhbərin müşayiəti.
Lisenziyalı rusdilli bələdçi ilə ekskursiyalar: Barselona, Madrid, Valensiya.
Qrup rəhbəri ilə şəhər gəzintiləri: Sarqosa, Kordova.
Fakultativ ekskursiyalar:
Axşam Barselona turu – 35 avro
Monserrata monastırına ekskursiya – 40 avro (12 yaşadək uşaqlar – 25 avro)
Funikulyorla qalxış – 11 avro
Prado muzeyinə ekskursiya – 35 avro (12 yaşadək uşaqlar – 20 avro)
Prado muzeyinə giriş bileti – 18 avro
Şam yeməyi ilə Flamenko şousu – 65 avro
Toledo şəhərinə ekskursiya – 65 avro (12 yaşadək uşaqlar – 50 avro)
Kordova turu – 35 avro
Sevilya turu – 65 avro (12 yaşadək uşaqlar – 50 avro)
Sevilya Katedral sarayına ekskursiya – 25 avro
Katedral kilsəsinə giriş bileti – 15 avro
Qranadada Alhambra və Karl V sarayına ziyarət daxil baxış turu – 55 avro
Kral Kilsəsinə giriş bileti – 7 avro
Mütləq ödənişlər:
Səfər müddəti üçün qulaqlıq – 20 avro
Otellərdə vergi
Sürücü üçün çay pulu – 10 avro
Ödənişi onlayn edib, turu ofisə yaxınlaşmadan əldə edə bilərsiniz. (Taksit olmayaraq)
Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün qeyd olunub.
Qiymət günə görə dəyişilə bilər, sizə öncədən rezerv etməyi tövsiyyə edirik.
Ödəniş günün məzənnəsinə uyğun olaraq manat ilə qəbul olunur.